Haqqımızda

Baku Like şirkəti 2018-ci ildə mən — Samir İsgəndərovun rəhbərliyi ilə yaradılmışdır. 2021-ci ildə isə rəsmi olaraq dövlətimiz tərəfindən tanınaraq, Azərbaycan daxilində 10 il müddətində fəaliyyət göstərmək üçün patent hüququ əldə etmişdir.

Biz kimik ?

Baku Like şirkəti geridə qoyduğu 8 il ərzində şəxsi istehsalı olan məhsullarını dünyanın bir çox nöqtələrində insanlara təqdim etmiş, onların etibarını və rəğbətini qazanaraq uğurla satışını həyata keçirmişdir.

Baku Like yalnız satış fəaliyyəti ilə kifayətlənmir. Şirkət eyni zamanda sağlam və güclü komanda formalaşdıraraq, müxtəlif layihələr yaratmış, əldə etdiyi uğur sirlərini və strategiyalarını digər insanlarla bölüşmüşdür.

Digər təlim layihələrimizə qoşulan 1200-dən çox insanın uğur qazanmasının əsas səbəblərindən biri, tələbələrin xüsusi hazırlanmış yoxlama və seçim metodları vasitəsilə seçilməsidir. Bizim tələbələrimizin uğuru hər hansı kağız üzərində olan qiymətləndirmə ilə deyil, layihələrimizdən sonra Azərbaycanda və dünyanın müxtəlif ölkələrində əldə etdikləri real nailiyyətlərlə ölçülür.

Bu nailiyyətlərə şəxsi biznes qurmaq, daşınmaz əmlak sahəsində fəaliyyət göstərmək, özlərini kəşf etmək və sevdikləri sahələr üzrə peşəkar biliklər əldə etmək daxildir.